Rəqqasə Oksana Elşadla bir araya gəldi

"Bu yaxınlarda nağaraçı Elşadla bir proyektimiz var, onu həyata keçirəcəyik" - rəqqasə Oksana Rəsulova "OLAYLAR"a açıqlamasında belə deyib. Rəqqasə bildirdi ki, Elşad nağarada onun üçün Azərbaycan motivlərilə mahnı ifa edəcək: "Mahnı artıq hazırdır, sadəcə üzərində son tamamlanma işləri gedir. Həmin mahnı üzərində rəqs qururam. Klassik hind rəqsi olacaq. Rəqsi üzərində çalışdığımız musiqi təmiz hind mahnısı yox, Azərbaycan və Hindistan musiqisinin sintezi olacaq. Bunu Elşad bəy özü mənə təklif edib. Çox böyük mənuniyyətlə bunu qəbul etmişəm. Elşad da hal-hazırda həmin iş üzərində çalışır. Noyabr ayında həmin musiqiyə klip çəkdirməyi planlaşdırırıq". Oksana Rəsulova "Bollywood"a getməsilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirərək bildirdi ki, noyabr ayında rəqqasə məsələ ilə bağlı Hindistana gedəcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31