Penelopa Kruz Hollivudun nüfuzlu mükafatından imtina etdi
22 Oktyabr 2013 19:55 MədəniyyətABŞ-da "Hollivudun qadınları" mükafatının təqdimat mərasimi keçirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Marion Kotiyyar, Riz Uizerspun, Lea Mişel, Emiliya Klark və digər məşhurlar iştirak ediblər. Artıq 20-ci dəfə keçirilən mərasimdə mükafatlar Kotiyyar, Uizerspun, Melissa Makkarti, Şeylin Vudli, Naomi Harris, Eva Mari Seynt və rejissor Nensi Meyersə verilib. Mükafata layiq görülən Penelopa Kruz isə mərasimə qatılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31