Məryəm Üzerli ana olmağa hazırlaşır
22 Oktyabr 2013 16:56 MədəniyyətTürkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da Hürrəm Sultan rolunu oynayaraq fenomenal populyarlıq qazanan, amma sonradan serialı yarımçıq tərk edən aktrisa Məryəm Üzerli hazırda Münhendədir. Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisa 1,5 il ərzində birlikdə olduğu sevgilisi Can Ateşdən sentyabrın 20-də ayrılmışdı. Deyilənlərə görə, Məryəm Üzərli hamilədir və bu səbəbdən də sevgilisindən münasibətlərin rəsmiləşdirilməsini, nikah tələb edib.
Can Ateş isə "Uşaq istəmirəm" deyərək nikahdan və Məryəm Üzerli ilə evlənməkdən boyun qaçırıb. Onun aktrisaya hətta "abort et, bətnindəki o uşaqdan qurtul" söylədiyi deyilir. Məryəm Üzerli bu tələbi rədd edib.
Amma sevgililərin indi barışdıqları deyilir. Can Ateş Münhenə yollanaraq, Məryəm Üzerli ilə görüşüb.