Kris Braun: “Heç kim asiyalı sevgilimdən daha yaxşı deyil”
23 Oktyabr 2013 03:33 MədəniyyətRihanna qalmaqallı sevgi münasibətlərindən sonra hələ də işlədiyi keçmiş sevgilisi Kris Braunun mahnısının əsas obrazı olub.
Cütlüyün illərlə davam edən enişli-yoxuşlu münasibəti olub. Ötən illərdə Kris Braunun Rihannaya yumruq vurmasından sonra cütlük yenidən bir araya gəlmişdi. İkinci dəfə də uğurlu münasibət qura bilməyən cütlük ayrılmaq qərarına gəlib, lakin hələ də bir-birinə sataşmağa davam edirlər.
Bu ilin əvvəllərindən etibarən Vyetnam əsilli model Karrueçe Tran ilə birlikdə olan Kris Braun yeni mahnısı "I`m Still"in sözlərini həm Rihannaya, həm də Trana həsr edib. Lakin o, mahnının sözlərində Rihannanı təhqir edir, həqarətlər yağdırır, asiyalı sevgilisini isə tərifləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31