"Arşın mal alan" operettasının 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcək

2013-cü il oktyabr ayının 25-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur. Bu münasibətlə bəstəkarin Ev Muzeyində oktyabrın 23-də konfrans, 25-də isə "Əsrləri fəth edən Arşın malçı" adlı tədbir keçiriləcək. Ev Muzeyində həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi olacaq.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək. Tədbirlərdə bir sıra qurumların rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir. ( "OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31