Gürcüstanda Qənirə Paşayevanın kitablarının təqdimatı olacaq
22 Oktyabr 2013 12:33 MədəniyyətGürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların təqdimat və imzalanma mərasimi keçiriləcək. "OLAYLAR"-ın məlumatına görə, təqdimat mərasimi oktyabrın 24-də baş tutacaq. Tədbir Gürcüstanın Marneuli şəhərinin mərkəzində yerləşən "ATA Holdinq Mərkəzi"ndə keçiriləcək. Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Məndən sonra...", "Səndən sonra...", "O..." "Dünyanı dəyişən alimlər", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Tarixə adını yazmış qadınlar" və digər kitabları təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31