Emin Ağalarov övladları ilə rinqdə
Bu dəfə də Mikayıl və Əli ilə birlikdə şəkillərini şəxsi facebook səhifəsində paylaşıb
22 Oktyabr 2013 12:08 MədəniyyətEmin Ağalarov daha bir yeni və maraqlı fotosessiya yayımlayıb. ANS PRESS-in məlumatına görə, həm ciddi biznes, həm bəstəkarlıq fəaliyyəti, həm də müğənnilik ilə məşğul olan və bu yaxınlarda Moskvada ilk dəfə olaraq "Kainat gözəli-2013" gözəllik müsabiqəsini təşkil edən Emin vaxtının az olmağına baxmayaraq, övladları ilə şən zaman keçirtməyi unutmur.
Hər zaman övladları ilə maraqlı fotolar çəkdirərək paylaşan Ağalarov, bu dəfə də ənənəsini davam etdirdi. O, balaca Mikayıl və Əlinin boks meydançasında bir-biri ilə döyüşərkən çəkdiyi şəkilləri şəxsi facebook səhifəsində paylaşıb.
Həmin fotoları sizə təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31