Dəmət Akalın dünyaya gəlməmiş körpəsi üçün 500 min xərcləyib
21 Oktyabr 2013 19:28 MədəniyyətTürkiyəli müğənni Dəmət Akalın və həyat yoldaşı Okan Kurt yanvarda doğulacaq qızları Hiranın yolunu həyəcanla gözləyirlər.
Axşam.az xəbər verir ki, hamilə qala bilmək üçün son 18 ayda bütün müalicə üsullarına əl atan Dəmət bu yolda 500 min lirə (200 min AZN) xərcləyib.
O, bir ara ümidini itirib və övladlığa körpə götürmək qərarına gəlib. Lakin Okan buna icazə verməyib. Hamilə olduğu müddətdə Avropa turnesini təxirə salan sənətçi buna görə 450 min lirə (180 AZN) geri düşdüyünü etiraf edib. Müğənni körpənin doğumundan 2 ay sonra səhnəyə qayıdacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31