Heydər Əliyev Mərkəzində qala konsert
21 Oktyabr 2013 17:36 MədəniyyətNoyabrın 2-də Rusiyanın xalq artisti Dmitri Bertmanın quruluşunda "Əbədi sevgi" qala konserti Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan tamaşaçılarına təqdim ediləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, konsert proqramına ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər daxildir. Noyabrın 3-də isə Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarı Umberto Cordanonun rus həyatından bəhs edən "Sibir" operası təqdim ediləcək. Bu səhnə əsəri iki gəncin təmtəraqlı çar Peterburqunda başlayıb, ölkənin o biri başında - katorqada faciəvi sonluqla bitən sevgi hekayəsi barəsindədir. Quruluşçu rejissor Dmitri Bertmanın səhnələşdirdiyi opera yeddi ildir ki, teatrın repartuarındadır