Beren Saat lalların dilini öyrəndi
21 Oktyabr 2013 13:21 MədəniyyətBaş rolda çəkildiyi "Benim Dünyam" filmində 1950-ci ildə yaşanan bir olay nəticəsində kor, kar və lal olan Elanın obrazını canlandıran aktrisa Beren Saatın tərəf müqabili Uğur Yücel olan ekran əsəri oktyabrın 25-də tamaşaçılara təqdim olunacaq. Fiziki qüsuru olan gənc qızı sağaltmaq üçün mücadilə aparan həkimm Mahir hoca ilə Ela arasında yaşanan sevgi macərası filmin əsas sujet xəttini təşkil edir. Film haqda aktrisa media nümayəndələri ilə təəssüratlarını bölüşərkən "Fiziki qüsurlu olan bir şəxsin obrazını canlandırmaq çox çətindir. Ən əsas da onun çıxartdığı səsləri öyrənmək. Bu obrazı canlandırmaq üçün aylarla Türkiyənin Karlar Milli Fedarasiyasının rəhbəri ilə birgə çalışdım" deyə bildirib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31