Britni Spirsdən milyonlarla dollarlıq müqavilə
İflasdan xilas olan müğənni Las Veqasda 48 konsert verəcək
18 Oktyabr 2013 19:35 Mədəniyyətİflas olmaqdan qurtulan dünyaca məşhur pop ulduz Britni Spirs yüksək məbləğli müqavilə imzalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bu qışdan etibarən Las Veqasda 48 konsert verəcək. 31 yaşlı müğənni performansları qarşılığında 15 milyon dollar alacaq. Bu da hər konsertə 310 min dollar qonorar deməkdir. Qonararın yüksək olmasına baxmayaraq Las Veqasda rekord sahibi kanadalı ulduz Selin Diondur. O, 70 konsert verərək, hər konsert üçün 476 min dollar qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31