Sənətkarın ailəsində övlad sevinci yaşanır
18 Oktyabr 2013 13:55 Mədəniyyətİstedadlı tarzən Humay Qədimova ikinci dəfə bibi olub. Onunla bir ansamblda çalışan kamança ifaçısı Sevinc Qədimovanın Humay xanımın qardaşı ilə evliliyindən ikinci övladları dünyaya gəlib. Bundan öncə Yusif adında övlada sahib olan sənətkara bu dəfə qız nəsib olub. Humay ailəsi ilə birlikdə bibi olmağının sevincini yaşayır: "Yeni dünyaya gələn körpəni ziyarət etdik. Çox gözəldir, maşallah. Üzündən nur yağır. Allah bütün balaları var etsin. Atası Naxçıvanda ezamiyyətdə olduğundan adını onun gəlişindən sonra qoymağı düşünürük. Bibisinin hədiyyəsi isə dəyərli olacaq. Adına qızıl almışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31