Ebru Gündəş bayram günü səhnədən imtina etdi

Qızının doğum günündə səhnəyə çıxmaq istəmədi

Türkiyəli məşhur müğənni Ebru Gündəş qızının doğum günündə səhnəyə çıxmaqdan imtina edib. ANS PRESS-in məlumatına görə,bayramın birinci günü 2 yaşlı qızı Alaranın ad günü ilə üst-üstə düşdüyünə görə çox miqdarlı təkliflərdən imtina edib səhnəyə çıxmayıb.
Müğənni ötən gecə Kıbrısda yerləşən bahalı otellərdən birində pərəstişkarları qarşısında çıxış edib. Azərbaycanlı iş adamı Rza Zərrabla ailəli olan sənətçi əynindəki Monique-Lhuillier imzalı paltarı ilə diqqət çəkib. Sevilən müğənni bu gün isə Antalyada konsert proqramı ilə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31