Ledi Qaqa yatağına ildə 100 min xərcləyir

İfaçı oteldə qalarkən ağ mələfələrdə yatmağı sevmir

Müğənni Ledi Qaqanın xarakteri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.   ANS PRESS-in Axşam.az-a istinadən verdiyi xəbərə görə, ifaçı oteldə qalarkən ağ mələfələrdə yatmağı sevmir.   Müğənni otağının yalnız çəhrayı rəngli əşyalarla bəzədilməsini tələb edir. Bakteriyalardan qorxduğunu söyləyən Qaqa, bu səbəbdən yad adamlara yatağına toxunmağa icazə vermir və paltaryuyan maşından imtina edir. O, yalnız istədiyi firmaların mələfələrindən yararlanır və kimyəvi təmizləməyə üstünlük verir. O, bunun üçün 100 min dollar xərcləyir. Xüsusi fincanı olan Ledi Qaqa başqa fincanlarda çay içmir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31