Eldar Qasımovun yeni klipi VIDEO
Yeni işiq üzü görmüş klip bir neçə gün sonra İsveçrə, Rusiya və Avropa kanallarında da yayımlanacaq
18 Oktyabr 2013 12:08 MədəniyyətÖlkəmizi 2011-ci ildə Avroviziya mahnı müsabiqəsində təmsil edərək qələbə qazanan müğənni Eldar Qasımov "The One" adlı mahnının klipini sevənlərinin ixtiyarına verib.ANS PRESS-in məlumatına görə,bundan öncədə xəbər verdiyimiz kimi 1 ay ərzində ərsəyə gələn klipin rejissorluğunu Ceyhun İbrahimoğlu öhdəsinə götürüb.
Gənc ifaçı ilk dəfədir ki, yerli rejissora klip çəkdirdiyini qeyd edib. 2011-ci ildə qələbəsi ilə yanaşı Azərbaycanda "İlin adamı" seçilən Eldarın ekran əsərində "Nero" rəqs qrupu, aktrisa El və Elya müşayiət edib. Klip təqdim olunduqdan bir neçə gün sonra İsveçrə, Rusiya və Avropa kanallarında da yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31