Sibel Canı boykot etdilər

Qurban bayramında otellərdən birində konsert verən Sibel Can səhnəyə 2 saat gec çıxıb.
Axşam.az xəbər verir ki, buna səbəb konsertin Türkiyə-Hollandiya futbol matçı ilə üst-üstə düşməsi olub. Qəzəblənən fanatlar çəngəl və bıçaqlarını boşqablara vuraraq müğənnini boykot ediblər.
Oyun bitəndən sonra səhnəyə çıxan Sibel Can üçün böyük təhlükəsizlik tədbirləri görülüb. Lakin sənətçi bu dəfə jurnalistlər səhnəyə yaxınlaşarsa, oxumayacağını bildirib. Jurnalistlərin uzaqlaşmasından sonra müğənni konsertə başlayıb və 2 saata yaxın mahnılarını səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31