Nigar Rəfibəylinin yubiley gecəsinin vaxtı dəyişdirilib

Bu il Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 100 ili tamam olur. 
Bu münasibətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 4 mart 2013-cü il tarixli Sərəncam imzalayıb.
Sərəncamın icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari ilin oktyabr ayında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan yubiley gecəsinin vaxtı dəyişdirilərək, noyabr ayına keçirilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31