Mustafa Sandal həyat yoldaşına hesabat verdiyini etiraf etdi

Türkiyənin sevilən ifaçısı Mustafa Sandal pərəstişkarları üçün Bodrumda pulsuz konsert verib. Konsertin davam etdiyi müddətdə telefondan bir an belə ayrılmayan müğənni "Həyat yoldaşım Əminə hardaydın deyə soruşduqda əlimdə sübut olsun deyə Bodrumdan şəkillər çəkdim" deyə şərh verib. Konsert çərçivəsində pərəstişkarları ilə də dərdləşən Sandal "Qadınlar bir məsələdə çox böyük səhvə yol verirlər. Meşədən aslan tapıb evə gətirir, sonra da biz aslanları balaca pişiyə çevirmək istəyirlər. Aslan elə aslandı. Aslandan pişik olmaz" deyə əks cinsin nümayəndələrinə etirazını gizlətməyib. ( "OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31