Brilliant Dadaşova fanatlarına əsəbiləşib
17 Oktyabr 2013 12:41 MədəniyyətXalq artisti Brilliant Dadaşova yenidən fanatları ilə görüşüb. Qurban bayramı münasibəti ilə telekanalların birində bayram proqramına çəkilən sənətkar gözlənilmədən proqramın çəkiliş meydançasında fanatları ilə qarşılaşıb. Müğənnini bir müddət Türkiyədə olduğu üçün görməyən Brilliantsevərlər sənətkarın görüşünə hədiyyələrlə gəliblər. Müğənni onun üçün xüsusi hazırlanmış meyvələrdən ibarət kompozisiya, çiçəklər və başqa hədiyyələri alsa da fanatlarına əsəsbləşib. Hədiyyələrə görə sevənlərinə təşəkkürünü bildirən xanım Dadaşova" bir də bilsəm ki mənim üçün hədiyyələrə pul xərcləyirsiz sizinlə görüşməyəcəyəm "deyib. Qeyd edək ki, yalnız bayram günlərində telekanalların dəvətini qəbul edən müğənninin iştirakı ilə çəkilən konsert proqramı noyabrın 6-da Xəzər televiziyasında yayımlanacaq. ("OLAYLAR" İA).