Madonna kinoteatrdan qovuldu

Getdiyi kinoteatrda durmadan telefonla mesaj yazan və ətrafındakıları narahat edən Madonna oradan qovulub. Axşam.az-ın məlumatına görə, bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, müğənni telefonu əlindən yerə qoymayıb. "12 years a slave" filmini izləməyə gələn Madonnanın qovulma xəbəri kinoteatrın səlahiyyətli şəxsi tərəfindən Tvitter sosial şəbəkəsində də təsdiqlənib: "Kinosevərlərdən üzr istəyənə qədər Madonna "Alamo" kinoteatrında film izləməkdən məhrum edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31