Eldar Qasımov: “Sevdiyim qıza görə oğurluq etdim”

“Eurovision 2012” mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov ilk sevgi etirafından danışıb

Müğənni Ailem.az-a açıqlamasında bildirib ki, zaman keçdikcə sevgi etiraf etmək daha da çətinləşir. Buna səbəb kimi insanların qəddarlaşdığını deyən Eldar "təbaşirli sevgisi"ndən də söz açıb: "Çox şükür ki, mən hələ də sevgi etirafı edəcək ürəyə sahibəm. Amma təbii ki, yaş ötdükcə sevgi etirafı etmək çətinləşir. İlk sevgimi etiraf etdiyim zamanları xatırlayanda görürəm ki, hər şey necə də asan imiş. İlk sevgimi rəngli təbaşirlərlə xatırlayıram. Sevdiyim qızla eyni həyətdə qalırdıq. Ona görə oğurluq etdim. Məktəbdən rəngli təbaşir oğurlayıb ona aparırdım ki, həyətdə müxtəlif şəkillər çəksin. Biz bir-birimizi sevdiyimizi blokda deyirdik. Amma onun balaca bacısı həmişə bizə mane olurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31