Hollivud ulduzu məşhur filmdəki rolundan imtina etdi
Çarli Hannem "Boz rəngin 50 çaları" filmində çəkilməyəcək
14 Oktyabr 2013 19:46 Mədəniyyət"Boz rəngin 50 çaları" adlı filmin pərəstişkarları üçün xoş xəbər var. Belə ki, Kristian Qrey adlı əsas obrazı canlandıracaq şəxsin yeri boşalıb. Daha əvvəl bu rola təsdiqlənən məşhur aktyor Çarli Hannem layihədə iştirak etməkdən imtina edib.
Aktyor bu qərarını televiziyada həddindən artıq çox işinin olması və iş qrafikinin ağır olması, bu səbəbdən də filmə yaxşı hazırlaşa bilməməsi ilə izah edib. Lakin şayiələrə görə, Çarli Hannem sadəcə "Amerikalı evdar qadınların sevimli porno-filmi" adlandırılan "Boz rəngin 50 çaları" ilə bir yerdə adının çəkilməsini istəməyib.
Bu filmin pərəstişkarları da baş rola təsdiqlənmiş heyətdən o qədər narazı idi ki, hətta aktyorların dəyişdirilməsi xahişi ilə petisiya da hazırlamışdılar. İndi "Universal" şirkəti "Boz rəngin 50 çaları" əsəri əsasında çəkiləcək filmdə Çarli Hannemin əvəzinə rol alacaq aktyorun axtarışına başlayıb.