İlhamə Quliyeva: "Mənim sözüm ötkəmlidir..."

Primadonna sənətçilərə verdiyi qeyri-rəsmi titullarldan danışıb

"Mənim sözüm ötkəmlidir, keçərlidir". ANS PRESS-in məlumatına görə, bu sözləri ANS TV-də yayımlanan "Günə Baxan" verlişinə canlı efirinə telefon bağlantısı ilə qoşulan xalq artisti İlhamə Quliyeva sənətçilərə verdiyi qeyri-rəsmi titullarla bağlı danışarkən deyib.

Primadonna həmçinin bildirib ki, o sadəcə qeyri-rəsmi titullar verir, rəsmi adları isə dövlət başçısı təqdim edir. Sənətçi "Günə Baxan"ın qonaqları olan müğənni Vasif Məhərrəmli və Cavanşir Məmmədovun hər ikisinin "Toylar imperatoru" olduğunu bildirib.

"Mənim sözüm keçərlidir ki, müğənnilərə verdiyim adlar qəbul olunur. Burada pis nə var ki?", - deyə xalq artisti fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31