“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimatı keçiriləcək”

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və "AzərTAc"la birgə layihəsi əsasında tərtib olunan "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçiriləcək. 
İki cilddə tərtib olunan kitabda Prezident İlham Əliyevin 5 illik (2008-2013) fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31