Hadisə yeni eşq yaşayır? FOTO
Müğənni restoranlardan birində Ozan Çelik adlı şəxslə görüntülənib
14 Oktyabr 2013 12:49 MədəniyyətTürkiyəli müğənni Hadisənin yeni eşq yaşayır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni restoranlardan birində Ozan Çelik adlı şəxslə görüntülənib. Bir aydır görüşməyə başlayan cütlük ötən gün restoranlardan birində şam yeməyi yeyiblər sonra isə birlikdə əylənmək üçün kluba üz tutublar.
Məkana ayrı-ayrı gələn cütlük bütün baxışları öz üzərlərinə toplayıblar. Onlar gəldikləri kimi də məkandan ayrı-ayrı çıxıblar.
Şəkillərini çəkən fotoqrafa xeyli baxan Çelik maşınına minərək məkandan ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31