Röya Mustafa Ceceli ilə duet oxudu VIDEO

"Sən azərbaycanlısan" klipinin təqdimatında nələr oldu?

  Heydər Əliyev Sarayında prezident İlham Əliyevə həsr olunmuş "Sən azərbaycanlısan" klipinin təqdimatı olub. ANS PRESS-in məlumatına görə, xalq artisti Zlüfiyyə Xanbabayevanın ifa etdiyi mahnıya çəkilmiş klip ASAN xidmətinin təşkilatçılığı ilə "Fire Land Produktion" tərəfindən ərsəyə gəlib. Mahnının sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə, aranjemanı isə Yaşar Baxışa məxsusdur.Nərgiz Cəlilova və Murad Dadaşovun aparıcılığı ilə reallaşan konsert "Natiq ritm qrupu"nun "Səndən nigaranam" kompazisiyası açıldı. Daha sonra "Sən azərbaycanlısan" klipi təqdim olunub. Ekran əsərinin nümayişindən sonra xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova səhnəyə çıxıblar.Daha sonra səhnəyə əvvəlcədən anons edildiyi kimi türkiyəli sənətçi Mustafa Cecəli dəvət olunub. Azərbaycan xalqını çox sevdiyini söyləyən Ceceli "Əs" adlı mahnısı ilə konsertinə başlayıb və sevilən mahnılarını tamaşaçılara təqdim edib.Mustafa Ceceli Röyanın "Gizli sevgi" mahnısından söz açaraq onu səhnəyə dəvət etdi və birlikdə mahnını duet oxudular. Sənətçilərin ifası tamaşaçıların alqışları ilə qarşılandı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31