Daşkənddə “Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi” mövzusunda konfrans keçirilib
11 Oktyabr 2013 17:54 MədəniyyətMilli Şirkətinin və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin birgə təşkilatçılığı ilə "Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi" mövzusunda konfrans keçirilib.
Tədbirdə Özbəkistanın ekoturizmin inkişafı sahəsində təcrübəsi, dövlətin bu sahəyə dəstəyi və bu sahənin potensialının günü-gündən artması müzakirə edilib. Eyni zamanda, ekoturizmin təşkilati-hüquqi, sosial-iqtisadi amilləri haqqında danışılmışdır.
Konfransda Malayziya, Türkiyə, İndoneziya səfirləri, "Özbəkturizm" təşkilatının rəhbəri ölkələrinin turizm potensialları, bu sahədə əldə etdikləri nailiyyətlər, habelə turizm sahəsində öz təcrübələri haqqında məruzə ilə çıxış ediblər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31