Türk serialında biabırçı dava: "Sən adam deyilsən!"

Türkiyənin Kanal D telekanalında nümayiş olunan "Fatih" serialının baş rejissoru Merve Girginin çəkilişləri tərk etməsinin səbəbləri bəlli olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, M.Girgin Twitter-dəki profilində qərarına serialda Fatih Sultan Mehmet rolunu oynayan aktyor Mehmet Akiv Alakurtun davranışının səbəb olduğunu yazmışdı: "Medyapım studiyası ilə yollarımzı ayırdıq. Səbəbkar da Alakurtdur. Zorakılığa əl atan bu qaba adamla özüm və qrupum işləyə bilməz".
Mehmet Akif Alakurt "Fatih" serialında çəkilən aktyorlardan biri ilə dost idi. Həmin şəxs Alakurtu ad gününə çağırıb, aktyor da getməyib. Belədə dostu Alakurta "Ay səni! Sən adam deyilsən!" məzmunlu SMS yazıb.
Ertəsi gün Mehmet Akif Alakurt çəkiliş meydançasına gələn kimi həmin aktyoru vəhşicəsinə döyməyə başlayıb.
Olay yerinə təcili yardım maşını da çağırılıbmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31