Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

10 oktyabr tarixdə Kanada ədəbiyyatının patriarxı adlandırılan Elis Munro İsveç Krallığı Elmlər Akademiyası tərəfindən "müasir hekayə ustası" adı altında Nobel mükafatı ilə təltif edilib.
E.Munro ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən 13-cü qadındır, ümumilikdə isə bu kateqoriya üzrə 110-cu Nobel mükafatı laureatıdır. O, müasir novella ustadı hesab olunur.
"RİA Novosti"-nin məlumatına görə, 2013-cü ilin yayında 82 yaşlı E.Munro ədəbiyyatdan gedişini elan edib. 2012-ci ilin payızında çapdan çıxmış "Əziz həyat" ("Dear Life") hekayələr toplusu onun son kitabıdır. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31