“Dədə Qorqud” elmi jurnalının saytı yaradılıb
11 Oktyabr 2013 16:52 MədəniyyətFolklor İnstitutunun "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" və "Dədə Qorqud" elmi jurnallarının saytları yaradılıb.
Keçən əsrin 60-cı illərindən fəaliyyətə başlayan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsi Azərbaycanda folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşrlərdəndir. Məcmuənin postsovet dövründə cəmi yeddi nömrəsi çapdan çıxıb. AMEA Folklor İnstitutu yaradıldıqdan sonra artıq jurnalın çapı sabit dövri xarakter daşımağa başlayıb və indiyədək 40 nömrəsi nəşr olunub. "Dədə Qorqud" jurnalının indiyədək 50 nömrəsi dərc edilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31