Hülya Avşar keçmiş əri haqqında nə dedi?
11 Oktyabr 2013 19:54 MədəniyyətTürkiyəli müğənni Hülya Avşar şəxsi həyatı haqqında danışıb. Axşam.az-ın məlumatına görə, "Yeniden Gazino Geceleri" proqramının qonağı olan sənətçi 2014-cü ildə sevgilisi ola biləcəyini açıqlayıb: "Bürclərə görə gələn il həyatımda biri ola bilər. Bu səbəbdən "Mənə ər lazımdır" mahnısının klipini tezliklə çəkməliyəm".
Müğənni keçmiş həyat yoldaşı Kaya Çilingiroğlunun 2 il 8 ay həbs cəzasına məhkum edilmə ehtimalına da münasibət bildirib: "Belə bir şey olsa hər birimizə pis təsir edər. O bizim ailəmizin hər şeyidir."
Qeyd edək ki, Kaya Çilingiroğlu "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımı təhqir etdiyi üçün həbs edilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31