Hülya Avşarın qızı həbs oluna bilər
11 Oktyabr 2013 20:39 MədəniyyətTürkiyənin ən populyar müğənnilərindən biri Hülya Avşarın boşandığı əri Kaya Çilingiroğludan olan qızı Zehranın məhkəməsi başlanıb. Milli.Az AHT-yə istinadən bildirir ki, 16 yaşlı Zehra Çilingiroğlu sabiq sevgilisi ilə münasibətləri tamam pozandan sonra onun sevgilisinə içi qaynar su ilə dolu çaydan atıb. Çaydandan axan su qızın bədənində yanıqlar yaradıb. Prokuror Zehra Çilingiroğlunu "qəsdən adam yaralama"da suçlayaraq onun 4,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İstanbuldakı 4-cü Uşaq Məhkəməsində başlanmış prosesə anası Hülya Avşar və vəkili ilə qatılan Z.Çilingiroğlu peşman olduğunu, qarşı tərəflə barışmaq istədiyini deyib. Məhkəmə də Zehranın içi qaynar su ilə dolu çaydanı A.H.-nın üstünə qəsdən töküb-tökmədiyini araşdırmaq üçün ekspert rəyi istəyib. Prosesin növbəti iclası mart ayında olacaq. Milli.Az