Merlin Monronun yeni sirləri ortaya çıxdı
“Hollywood” əfsanəsinə məxsus tibbi qeydlər hərraca çıxarılacaq
11 Oktyabr 2013 15:00 MədəniyyətDünya kino tarixinin əfsanəvi adı Merlin Monronun estetik əməliyyat etdirdiyi üzə çıxıb. Uzun illər müzakirə olunan "Monro estetik əməliyyat etmişdimi" sualına cavab tapılıb. Cərrah Maykl Qurdidə olan sənədlərdə (1950-1962-ci illər aralığındakı) Monroya məxsus olan tibbi və roentgen qeydləri məşhur ulduzun gözəllik üçün bıçaq altında yatdığını sübut edib. Rentgen qeydlərindən məlum olub ki, Monro çənəsindən estetik əməliyyat olub. 1962 -ci il tarixli rentgen qeydi Monrounun ölümündən 2 ay əvvəl cərraha müraciət etdiyini bildirir. Roentgen qeydlərini araşdıran həkimlərin fikrincə, Monronun burnunda çat olub. Tibbi ekspertlər həmçinin 1956-cı ildə Monroda kəskin-leykoz xəstəliyinin olduğunu, bundan 1 il sonra - 1957-ci ildə isə hamiləlik keçirdiyini iddia edirlər. Monroya məxsus tibii qeydlərin hərracda 15-30 min dollara satılacağı bildirlir. ("OLAYLAR" İA)