Bacısı intihar edən azərbaycanlı müğənnidən açıqlama: "Bir gül belə məndən inciməsin"

Oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib.
Nurlanə Əsədova tanınmış müğənni Mətanət Əsədovanın bacısıdır. Bu barədə Mövqe.az-a ağlaya-ağlaya açıqlama verən müğənni Mətanət Əsədova xəbəri təsdiqləyib:
"Çox pisəm. Bu barədə danışmaq mənim üçün çox ağırdır. Bu itkini gözləmirdim. İstəmirəm yer üzündə bir gül belə məndən incisin. İndi danışmaq istəmirəm. Allah ona rəhmət etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31