Muğam festivalı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Muğamsevərlər" Musiqi Festivalı layihəsi çərçivəsində muğam festivalı keçiriləcək. Fonddan "OLAYLAR"-a daxil olan məlumata görə, oktyabr ayının sonlarında Sumqayıt və Bakı şəhərində yaşayan gənc muğam ifaçıları bir araya gətirilərək Sumqayıt şəhərində Muğam Festivalı keçiriləcək. Layihənin məqsədi istedadlı gənc muğam ifaçılarını seçərək üzə çıxarmaq, onları bir araya gətirərək özlərini təqdim etmələri üçün şərait yaratmaq, istedadlı gəncləri stimullaşdırmaq, gənclərin muğama olan marağını artırmaq, mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, bununla yanaşı gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaqdır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31