Tələbələrin tarixi abidələrə ekskursiyası təşkil olunacaq
10 Oktyabr 2013 15:54 MədəniyyətBakı Şəər Gənclər və İdman Baş İdarəsi gənclərin tarixi memarlıq abidələri ilə yaxından tanış olması, Azərbaycan tarixini dərindən öyrənməsi məqsədilə layihə həyata keçirir. Baş İdarədən "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində təhsildə fərqlənmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin tarixi abidələrə səfərləri təşkil edilir. Layihə çərçivəsində ilk səfər oktyabrın 19-da "Qobustan Dövlət Tarixi Bədii Qoruğu"na baş tutacaq. Oktyabr 26 da isə tələbələr "Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu"na ekskursiya edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31