Tanınmış aktyor xəstəliyini açıqladı

Tom Hanks xəstəliyini rol aldığı filmlər üçün vaxtaşırı arıqlayıb - kökəlməsi ilə izah edib

İki Oskar almış aktyor Tom Hanks xəstəliyini açıqlayıb. ANS PRESS-in Haber365-ə istinadən verdiyi məlumata görə, məşhur aktyor diabet xəstəsi olduğunu bildirib. David Lettermanın proqramına qatılan Hanks 2-ci növ diabet olduğunu açıqlayıb. 57 yaşlı sənətçinin bu xəstəliyə düçar olmasında rol aldığı filmlər üçün vaxtaşırı arıqlamasının və kökəlməsinin böyük təsiri olub.  Hanks verlişin aparıcısı Lettermana, həkimi tərəfindən xəstəliyi ilə bağlı ciddi xəbərdarlıq olunduğunu deyib: "Həkimim mənə, 20 ildir qan şəkəri ilə mübarizə aparırsan, ilk mərhələdən məzun oldun və artıq 2-ci dərəcəli diabet xəstəsisən deyib".  Məşhur aktyor bu vəziyyətdə həyatla necə mübarizə apardığını danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31