“Toy gecəsi”ndə şok!
9 Oktyabr 2013 16:33 Mədəniyyətİlk bölümü yayımlandıqdan sonra izlənmə sayına görə reytinqlərdə proqramlar və həftə boyu yayımlanan seriallar arasında 14.85 reytinqlə ölkə üzrə birinci olan "Toy gecəsi" bədii televiziya serialının 2-ci bölümündə də çox maraqlı hadisələr baş verir. Beləki, ölkənin tanınmış iş adamı Fuad Qəhrəmanov oğlu - Namiq Qraçuxurlunun canlandırdığı Murad Qəhrəmanovun həbsindən televiziya vasitəsilə xəbər tutur. Bütün ölkə Murad Qəhrəmanovun təcavüzə görə həbs olunmasından danışır. Axşam isə Muradın nişanıdır. Fuad Qəhrəmanov nişana qədər oğlunu həbsdən azad etmək üçün fəaliyyətə başlayır... Səbinə komada olduğundan ifadə verə bilmir. Səbinənin və Toğrulun yaxınları isə yas mərasimiylə məğuldurlar. Eyni zamanda onların arasında da ağlagəlməz hadisələr baş verir.
Axşam yaxınlaşır, Muardın nişanına bir neçə saat qalır. Qəfildən bəlli olur ki, Murad Qəhrəmanovun azadlığa çıxaraq nişanında iştirak etmək üçün yeganə bir şans var. Və elə bu zaman hamını şoka salan bir hadisə baş verir...Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının bu gün axam saat 19.00- da ATV kanalında yayımlanacaq 2-ci bölümünü izləməyi unutmayın.