Sinan Akçılın gizlətdiyi model sevgilisi bilindi

Bakıda təşkil olunan tədbirlərdən birində tanış olublar

Türkiyəli müğənni və musiqiçi Sinan Akçılın gizli yaşadığı eşqi üzə çıxdı. ANS PRESS-in nəlumatına görə, hər fürsətdə sadəcə dost olduqlarını bildirən model və aparıcı Ebru Şallı və Sinan "Elefterios Venizelos Beynəlxalq Hava Limanında əl-ələ görünüblər.  Türkiyə mətbuatında deyilənlərə görə, Bakıda təşkil olunan tədbirlərdən birində tanış olublar. Madrid və Romada bir yerdə dincələn Akçıl və Ebru keçən həftə Atinada olublar. 11 illik həyat yoldaşı Harun Tandan boşandıqdan sonra adı ilk dəfə müğənni ilə hallanan Sallı münasibətlərini Türkiyədən kənarda yaşamağı üstün tuturlar və dünyanı gəzməyə davam edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31