Azərbaycan da beynəlxalq turizm sərgisinə qatıldı

Azərbaycan Daşkənddə "Böyük İpək Yolu ilə turizm" adlı 19-cu Beynəlxalq turizm yarmarkasında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, ölkəmizi bu yarmarkada sözü gedən nazirliyin daxili turizm bölməsinin müdiri Mahir Qəhrəmanov və bölmənin əməkdaşı Cəmil Kəlbəliyev təmsil edir.
Uç gün davam edəcək yarmarkada dünyanın 40-dan artıq ölkəsindən gələn turizm şirkət və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edir. Azərbaycan üçün ayrılan pavilyonda dövlətimizin bayrağı, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.



Qeyd edək ki, yarmarka Dünya Turizm Təşkilatının (DTT) dəstəyi ilə "Özbəkturizm" Milli Şirkəti (MŞ) və "Böyük İpək Yolu" Reklam Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31