“Mənə Səməd Səmədov kimi xalq artisti olmaq yaraşmaz” - Əməkdar artistdən şok açıqlama

"Mənə Faiq Ağayev, Səməd Səmədov kimi xalq artisti olmaq lazım deyil" - "OLAYLAR"a açıqlamasında əməkdar artist Əli Mirəliyev belə deyib. Əli Mirəliyev bildirdi ki, Azərbaycan musiqisi özünün ən pis dönəmini yaşayır, ara mahnıları keçmiş Azərbaycan musiqi ənənələrinə köklü şəkildə zərbə vurur: "Üzeyir Hacıbəyov, Qara Qarayev kimi musiqiçilərin ənənələri davam etdirilmir. Yerindən qalxan xalq artisti, nə bilim əməkdar artist olur. 64 yaşım var, mənə indən sonra Səməd Səmədov kimi xalq artisti olmaq yaraşmaz. Məni tanıyan tanyır, sənətimə hörmət edənlər var, bu mənə bəs edir. Yoxsa ki, "Amma anam bilməsin" deyib, boş, iki qəpiklik mahnıya görə özlərinə hörmət etməyən müğənnilər var". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31