"Muhteşem Yüzyıl"ın şahzadəsi kluba buraxılmadı
Sarı Selimi canlandıran aktyor problemlə qarşılaşıb
8 Oktyabr 2013 12:42 Mədəniyyət"Muhteşem Yüzyıl" serialına yeni mövsümdə qatılan gənc aktyor Engin Öztürkə gecə klubuna girməyə icazə verməyiblər. ANS PRESS-in məlumatına görə, Sarı Selimi canlandıran aktyor ötən gecə dostları ilə birlikdə gecə gəzintisinə çıxarkən sonda problemlə qarşılaşıb.Əyləncə məkanlarından birinə girmək istərkən gənclərin yanlarında qız olmadığından mühavizəçilər onlara içəri daxil olmağa icazə verməyiblər.
Amma bir az sonra Öztürk ilə Teoman kluba daxil ola biliblər, dostlarının bir çoxunun bayırda qaldığına görə məkanda rahat otura bilməyən ikili oranı tərk ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31