“Toppuş bacı” və “Keyxanım”dan yeni veriliş VIDEO
7 Oktyabr 2013 19:45 MədəniyyətƏməkdar artistlər Tünzalə Əliyeva və Ülviyyə Əliyeva yeni verilişlə ekranlara qayıdır. Axşam.az-ın məlumatına görə, "Qorxma mən səninləyəm" adlanan proqram bu gün saat 22:00-da ATV telekanalında yayımlanacaq. "Toppuş bacı" və "Keyxanım"la yanaşı verilişdə üçüncü aparıcı "Space"dən ayrılan Əkbər Əlizadə olacaq.
Maraqlı məqamlarla yadda qalacaq "Qorxma mən səninləyəm"in ilk müğənni qonağı Samir Piriyev olub.
Qeyd edək ki, əməkdar artistlər bundan öncə ATV telekanalında "Gülmək qadağandır" verilişinin aparıcılığını ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31