Aktrisa məşhur serialdan ayrılmağa məcbur oldu

Ailəli olan Hayal Garipin gözlənilməz hamiləliyi film heyətini çıxılmaz vəziyyətdə qoyub

Türkiyə telekanallarında uzun illərdir müəyyən fasilələrlə davam edən "Çocuklar Duymasın" serialında ayrılıq baş verib. Serialda Duyğu obrazını canlandıran 25 yaşlı aktrisa Hayal Garip serialdan ayrılmağa məcbur olub. Buna, gənc aktrisanın hamilə qalması səbəb olub.
Ailəli olan Hayal Garipin gözlənilməz hamiləliyi film heyətini çıxılmaz vəziyyətdə qoyub. Məlumata görə, serialın prodüsseri Birol Güven bu rolda çəkmək üçün yeni Duyğu axtarışına başlayıb. Güven yeni aktrisa tapana qədər ssenaridə dəyişiklik edərək Duyğunu Şimali İraqa göndərib.
Xatırladaq ki, serial ilk çəkildiyi illərdə Duyğu obrazını Ayşecan Tatari canlandırırdı. 7 illik fasilədən sonra serialın çəkilişləri yenidən başladığında Tatari təhsil üçün Amerikada olduğundan bu rola Hayal Garip çəkilib.

Serialdakı digər aktyorlarda heç bir dəyişiklik olmasa da Duyğu obrazı üçün artıq 3-cü aktrisa axtarışlarına başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31