“Karlovy Vary Tourfilm" festivalına Azərbaycan da qatılıb
4 Oktyabr 2013 17:33 Mədəniyyət3-5 oktyabr tarixində Çex Respublikasının Karlovı Varı şəhərində keçirilən "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovdan ibarət nümayəndə heyəti iştirak edir.
İştirakın əsas məqsədi bu il 20-25 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı təcrübə mübadiləsini və digər turizm festivallarının nümayəndələri ilə əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31