Kipr “Eurovision 2014” mahnı müsabiqəsində iştirakdan imtina edib

Kipr "Eurovision 2014" mahnı müsabiqəsində iştirakdan imtina edib. APA-nın "CypLive"yə istinadən xəbərinə görə, bu barədə qərar Kiprin CYBC teleradio şirkətinin Direktorlar Şurasının toplantısında qəbul olunub.Qərarın qəbul olunmasına səbəb ictimai rəy və iqtisadi böhran olub. Belə ki, builki müsabiqədə iştirak Kiprə 150 min avroya başa gəlib.
Qeyd edək ki, indiyədək Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorra da Kopenhagendə keçiriləcək "Eurovision 2014" mahnı müsabiqəsində iştirakdan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31