“Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxıb

AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun "Qasım bəy Zakir və müasirləri" kitabı çapdan çıxıb.
Əlyazma mənbələri əsasında yazılan, yeni faktlarla zəngin olan bu monoqrafiyada şairin həyat və yaradıcılığı, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə və digər müasirləri ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi mühit haqqında məlumat verilmiş, onun bir sıra qeyri-mətbu şeirləri oxuculara təqdim edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31