ZMəryəm Üzerli: "Yaxşı ki, səni tanıdım"

Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da Hürrem Sultan rolunu oynayaraq fenomenal populyarlıq qazanmış aktrisa Meryem Üzerli aktyor Tuncel Kurtizin ölümünə qüssələnib.
Milli.Az bildirir ki, aktrisa Facebook-dakı səhifəsində yazıb: "Tuncel abi... Yaxşı ki, səni tanıdım, səninlə birlikdə rol oynadıq. Dünya qədər bir sənətçi. Sadəcə, sənət kimi kimi deyil, min sənətçilərin qəlbindəki insan. Hər kəsə "başınız sağ olsun" deyirəm, ailəsinə çox, çox qüvvət və səbr diləyirəm. Sevgilərimi yollayıram. Çox dərindən üzüldüm. Allah hamımızı qorusun. Başımız sağ olsun! Tuncel abinin ruhu ölümsüzdür..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31