Çağatay Ulusoyla bağlı şok məhkəmə qərarı: "Zorla gətirilsin!"
3 Oktyabr 2013 20:56 Mədəniyyətİstanbuldakı 16-cı Ağır Cəza Məhkəməsində Türkiyənin bir neçə məşhur aktyor, müğənni və sənətçisinin də şübhəli şəxs qismində cəlb olunduğu proses davam edir. Aktyorlar Çağatay Ulusoy, Gizem Karaca və müğənni Ceng Erenin də aralarında olduğu 13 şəxs barədə ittihamnamə hazırdır. Onların 5 ildən 15 ilədək azadlıqdan məhrum edilməsi istənilir. Milli.Az AHT-yə istinadən bildirir ki, narkotik maddələr almaq, saxlamaq, satmaq və təmin etməkdə suçlanan bu şəxslərin hamısına ölkəni tərk etmək yasaqlanıb. Məhkəmənin yeni qərarı isə sənətçiləri şoka salıb. Belə ki, onlar prosesin ilk iclasına zorla gətiriləcəklər. Prosesdə 17 nəfərin saxlanılmasına da qərar verilib. Sözügedən qərara görə, Çağatay Ulusoy, Gizem Karaca, Cenk Eren, Alp Parlar, Mustafa Kabahor, Ergun Taş, Niyazi Canbaz iclasa mütləq qatılmalıdırlar.
Məhkəmənin ilk iclası noyabrın 28-də keçiriləcək. Milli.Az