TÜRKSOY-un 20 illiyi Türkyədə qeyd olunub
3 Oktyabr 2013 15:20 MədəniyyətTürkdilli ölkələrin mədəniyyət təşkilatı olan TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ilə bağlı Türkiyə paytaxtında tədbirlər keçirilib.
Türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib. Toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs ediblər. Türkdilli ölkələrin nazirləri, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov Prezident Abdullah Gülə yubiley medalı təqdim edib. ("OLAYLAR"İA)